AZ

Tramp: Xamenei öldürülüb FOTO

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

"O, kəşfiyyatımızdan və yüksək texnologiyalı izləmə sistemlərimizdən yayına bilmədi, onun və onunla birlikdə həlak olan digər liderlərin edə biləcəyi heç nə yox idi", - deyə Ağ Ev rəhbərinin paylaşımında bildirilir.

Trampın sözlərinə görə, bu, İran xalqının öz ölkəsini geri qaytarması üçün ən böyük şansdır.

O həmçinin İslam İnqilab Keşikçiləri Korpusu və polisin iranlı vətənpərvərlərlə sülh yolu ilə birləşəcəyinə və "ölkəni yenidən qüdrətli etmək" üçün birlikdə çalışacağına ümid etdiyini ifadə edib.

ABŞ prezidenti İranın güc strukturlarına müqavimətdən imtina edəcəkləri təqdirdə "immunitet" təklif edib.

Eyni zamanda İranın bir sıra xəbər agentlikləri Xameneinin həlak olması barədə məlumatı təkzib ediblər. Bildirilib ki, o, hazırda vəziyyətə nəzarət edir və prosesləri birbaşa idarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
oxu.az

2Mənbələr