AZ

İsrail İranın raket kompleksləri və HHM sistemlərinə yeni zərbələr endirib VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

İsrail ordusu (SAXAL) İranın mərkəzi bölgələrində yerləşən raket kompleksləri və hava hücumundan müdafiə sistemlərinə qarşı növbəti zərbələr silsiləsini başa çatdırdığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Mərkəzi İranda rejimə məxsus raket kompleksləri və HHM sistemlərinə qarşı növbəti zərbə dalğasını həyata keçirib. Hücum zamanı daha əvvəl hədəfə alınmamış bir neçə buraxılış qurğusu da vurulub və zərər genişləndirilib", - deyə ordunun mətbuat xidmətinin bəyanatında bildirilir.

Açıqlamada qeyd olunub ki, həyata keçirilən zərbələr İsrail Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
42
oxu.az

10Mənbələr