AZ

Qazaxıstan vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarına İran ərazisini Azərbaycanla quru sərhədləri vasitəsilə tərk etmək variantlarını nəzərdən keçirmək üçün diplomatik nümayəndəliklərlə əlaqə saxlamaları tövsiyə olunur.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Bundan əlavə, İranın hava məkanının bağlanması və aviauçuşların müvəqqəti dayandırılması fonunda Qazaxıstan vətəndaşlarına İran ərazisindən Ermənistan, Türkiyə və Türkmənistan vasitəsilə çıxmaq üçün müxtəlif alternativləri nəzərdən keçirmək tövsiyə edilib.

"Qazaxıstanlılara şəxsi təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirmək, insanların kütləvi toplaşdığı yerlərdən və ictimai tədbirlərdə iştirakdan çəkinmək, qeyri-zəruri səfərləri məhdudlaşdırmaq, rəsmi qurumların məlumatlarını mütəmadi izləmək, şəxsiyyəti təsdiq edən sənədləri hər zaman yanında saxlamaq, habelə mümkün fövqəladə hallara hazır olmaq qəti şəkildə tövsiyə olunur", - xarici siyasət idarəsindən qeyd edilib.

Bundan əvvəl "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə bir İtaliya və 12 Azərbaycan vətəndaşının Azərbaycana təxliyə edilmişdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Seçilən
26
far.az

1Mənbələr