AZ

İsraildə İranın zərbələri nəticəsində ilk ölüm faktı qeydə alınıb

İranın zərbələri nəticəsində İsrailin paytaxtı Təl-Əvivdə 40 yaşlı bir qadın ölüb, daha 20 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli 12-ci kanalı təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır, daha üç nəfərə orta dərəcəli xəsarət diaqnozu qoyulub, 16 nəfər isə yüngül xəsarətlər alıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Seçilən
27
2
far.az

3Mənbələr