AZ

Tramp RƏSMƏN AÇIQLADI: “Xamenei artıq yoxdur” KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Yaxın Şərqdə gərginlik pik həddə çatdığı bir vaxtda ABŞ prezidenti Donald TrAmp İranın ali dini lideri Ali Xameneinin öldüyünü açıq şəkildə bəyan edib. O, bu hadisəni “ədalətin zəfəri” kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Tramp yaydığı geniş açıqlamada Xameneini “tarixin ən təhlükəli fiqurlarından biri” adlandırıb və onun ölümünün təkcə İran cəmiyyəti üçün deyil, həm də illər ərzində İran rəhbərliyinin siyasəti nəticəsində zərər çəkmiş amerikalılar və digər ölkələrin vətəndaşları üçün ədalətli nəticə olduğunu bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, həyata keçirilən əməliyyat ABŞ-ın qabaqcıl kəşfiyyat və izləmə imkanları sayəsində mümkün olub. Onun sözlərinə görə, İsraillə koordinasiyalı şəkildə aparılan fəaliyyət nəticəsində yalnız Xamenei deyil, bir sıra yüksək rütbəli şəxslər də zərərsizləşdirilib.

Tramp vurğulayıb ki, bu situasiya İran xalqı üçün “ölkənin taleyini dəyişmək baxımından nadir fürsət” yaradır. O əlavə edib ki, İranın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), silahlı qüvvələr və təhlükəsizlik strukturlarında parçalanma əlamətləri müşahidə olunur və bəzi dairələr artıq qarşıdurmanı davam etdirmək istəmir. “Seçim indi onların əlindədir: ya toxunulmazlıq, ya da nəticələrə qatlanmaq”, – deyə Tramp bildirib.

Prezident eyni zamanda İran ərazisində hərbi əməliyyatların davam etdiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, “dəqiq və intensiv zərbələr” qarşıya qoyulan məqsədlər yerinə yetirilənədək dayandırılmayacaq.

Qeyd edək ki, son günlər ABŞ mediasında Trampın Xameneinin taleyi ilə bağlı konkret məlumatlara malik olduğu barədə xəbərlər yayılmışdı. O, daha əvvəl verdiyi müsahibədə bu xəbərləri “inandırıcı” hesab etdiyini demişdi. Son bəyanat isə məsələni daha da kəskinləşdirib.

İran rəsmiləri isə bundan əvvəl Xameneinin təhlükəsiz olduğunu və prosesləri birbaşa nəzarətdə saxladığını açıqlamışdılar. Bununla belə, Vaşinqtondan səslənən son iddialar regionda onsuz da həssas olan vəziyyəti daha da mürəkkəbləşdirib.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
29
konkret.az

10Mənbələr