AZ

Ərdoğan Trampla İran və körfəz ölkələrindəki son vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı DOnald Tramp arasında telefon danışığı baş tutub.

 

Bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

 

O, iki ölkə liderinin İran və körfəz ölkələrindəki son vəziyyəti müzakirə etdiyini bildirib.

Tarix: 1 Mart 2026, 01:52   
Seçilən
11
2
pravda.az

5Mənbələr