Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl Vəd 4” əməliyyatınınüçüncü və dördüncü mərhələlərinə start verib.
Trend xəbər verirki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanata görə, ABŞ və İsrailin hərbi və təhlükəsizlikhədəflərinə qarşı davamlı raket dalğaları atılır və “Əsl Vəd 3”əməliyyatında istifadə olunanlardan daha dəqiq və güclü, mürəkkəbraketlərdən istifadə olunur.
SEPAH-ın mətbuat xidməti əsas hədəfləri Hayfa limanındakı dənizbazası, Hayfadakı digər dəniz bazaları, Ramat David hava bazası,Kirya bölgəsindəki Müdafiə Nazirliyi, Beyt Şemeş hərbi-sənayeyaşayış məntəqəsi və Aşdoddakı hərbi-sənaye mərkəzi kimiaçıqlayıb.
Korpus həmçinin İran raketləri və dronlarından istifadə edərəkbölgədəki sabit və mobil hədəflərə zərbələr də daxil olmaqlaəməliyyatları genişləndirməyə və intensivləşdirməyə hazır olduğunubildirib. Bəyanatda sonrakı dalğaların “Əsl Vəd 3” əməliyyatındandaha dağıdıcı və miqyasca daha böyük olacağı xəbərdarlığı yeralıb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.