"Liverpul" İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Vest Hem"i qəbul edib. Bu qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.
28 fevral
"Liverpul" - "Vest Hem" - 5:2
Qollar: U.Ekitike, 5, V.van Dayk, 24, A.Mak Allister, 43, K.Qakpo, 70, A.Disasi, 83 (öz qapısına) – T.Souçek, 49, V.Kastelyanos, 75
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Liverpul" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 25 xalı olan "Vest Hem" isə 18-ci yerdədir.
Mətləb