AZ

İsrail Xameneinin öldüyünü, İran isə onun "döyüşə rəhbərlik etdiyini" bildirir

İsrail Xameneinin öldüyünü, İran isə onun "döyüşə rəhbərlik etdiyini" bildirir

İsrail tərəfi İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin hücum nəticəsində öldürüldüyünü bəyan edib.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, İran rəsmiləri isə bu məlumatı qəti şəkildə təkzib edərək, Ali Rəhbərin sağ olduğunu və hazırda "döyüşə şəxsən rəhbərlik etdiyini" bildirirlər. Tehran administrasiyası İsrailin yaydığı bu xəbəri "psixoloji müharibənin tərkib hissəsi" adlandırıb.

Xatırladaq ki, ABŞ və İsrailin "Epic Fury" (Epik Qəzəb) adlandırdığı genişmiqyaslı hava və dəniz əməliyyatı İranın hərbi infrastrukturunu və təhlükəsizlik aparatını hədəf alıb. Hazırda regionda gərginlik pik həddədir və hər iki tərəfdən qarşılıqlı bəyanatlar verilməkdə davam edir.

Beynəlxalq media qurumları Xameneinin iqamətgahına ciddi ziyan dəydiyini təsdiqləyən peyk görüntülərini yayımlayıblar.

Seçilən
16
afn.az

1Mənbələr