AZ

İrana qarşı müharibə neftin qiymətini 100 dollara qədər qaldıra bilər

İrandakı münaqişə neftin qiymətinin bir barel üçün 80-100 dollara qədər artmasına səbəb ola bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) analitiklərə istinadən məlumat yayıb.

"Capital Economics" şirkətinin baş iqtisadçısı Uilyam Cekson bildirib ki, məhdud tətillər neft qiymətlərini asanlıqla bir barel üçün 80 dollara çatdıra bilər. O, uzunmüddətli münaqişənin neftin bir barelini 100 dollara çatdıra biləcəyini düşünür.

Fevralın 28-də "Brent" markalı neftin fyuçerslərinin qiyməti 4% artaraq 75 dolları keçib.

Seçilən
7
3
olke.az

4Mənbələr