"Qarabağ"ın mübarizəni dayandırdığıÇempionlar Liqasında bir sıra statistik göstəriciləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu göstəricilər "köhlən atlar”ın builki mövsümdə ciddi müdafiə problemləri yaşadığını üzə çıxarıb.
10 oyun ərzində komandanın qapısına ümumilikdə 187 zərbə endirib və bunların 127-si (67.91%) birbaşa cərimə meydançasının daxilindən vurulub.
Bu qədər ağır təzyiq nəticəsində "Qarabağ" turnir boyu qapısında 30 qol görərək, yarışın ən çox qol buraxan komandası olub və bu göstərici ilə Çempionlar Liqası tarixinə antirekordla düşüb.
Lakin bu rəqəmlərin daha da böyük olmamasının əsas səbəbi qapıçı Mateuş Koxalskinin möhtəşəm oyunudur.
Polşalı qolkiper 7.6-lıq "qarşısı alınan qollar" göstəricisi ilə turnirin bütün qapıçılarını geridə qoyaraq mütləq lider olub. O, ümumilikdə 30 "qurtarış" edib.