AZ

İran müdafiə rəhbərliyindəki itkilər - siyahı - FOTO

İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial media hesablarında aşağıdakı yüksək rütbəli rəsmilərin profillərini və fotolarını paylaşaraq onların öldürüldüyünü bildirib.

Əli Şamxani - İranın təhlükəsizlik məsələləri üzrə ali məsləhətçisi və keçmiş Milli Təhlükəsizlik Şurasının katibi.

Məhəmməd Pakpur - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı.

Əziz Nasirzadə - İranın hazırkı Müdafiə naziri.

IDF-in rəsmi siyahısında Ali Rəhbər Ayatullah Əli Xameninin adı "məhv edilənlər" arasında keçmir. Lakin bu məsələ ilə bağlı ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

Baş nazir Netanyahu Xameninin "artıq bizimlə olmadığına" dair güclü əlamətlərin olduğunu, iqamətgahının yerlə-yeksan edildiyini bildirib. İsrail mediası hətta Xameninin cəsədinin fotosunun Trampa göstərildiyini iddia edir.

Tehran rəsmiləri bu xəbərləri "psixoloji müharibə" adlandıraraq təkzib edir. İranın dövlət agentlikləri Ali Rəhbərin sağ olduğunu və "meydanı idarə etdiyini" vurğulayır.

İran tərəfi Hamaneyin şəxsən özü haqqında susssa da, onun ailə üzvlərinin (gəlini və kürəkəninin) və bəzi SEPAH komandirlərinin hücumlarda həyatını itirdiyini dolayısı ilə təsdiqləyib.

IDF bu hücumların sadəcə başlanğıc olduğunu və İranın hərbi infrastrukturuna qarşı "minlərlə hədəfi" vurmağa davam edəcəklərini bəyan edib. Tramp isə bu itkiləri "İran rəhbərliyinin böyük bir hissəsinin yox olması" kimi qiymətləndirir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
13
1
milli.az

2Mənbələr