AZ

"Bavariya" Keynin dublu ilə "Borussiya Dortmund" üzərində əzmkar qələbə qazandı - VİDEO

Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində "Bavariya" səfərdə "Borussiya Dortmund"u 3:2 hesabı ilə məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, oyunun birinci hissəsində Daniel Svenssonun ötürməsindən sonra Niko Şlotterbek meydan sahiblərini hesabda önə keçirib. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdiriblər - qolu Harri Keyn vurub. Daha sonra Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.

Görüşün sonlarında dortmundlular yenidən hesabı bərabərləşdiriblər. Svensson məhsuldar ötürməsinə əlavə olaraq qol da vurub. Lakin qonaqlar bir daha üstünlüyü ələ alıblar - Yozua Kimmixin qolu "Bavariya"ya qələbə qazandırıb.

"Bavariya" hazırda 63 xalla Bundesliqanın lideridir. "Borussiya Dortmund" isə münhenlilərdən 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Növbəti turda "Bavariya" martın 6-da "Borussiya Münheni"i qəbul edəcək. Dortmund təmsilçisi isə martın 7-də səfərdə "Köln"lə qarşılaşacaq.

"Cebheinfo.az"

Seçilən
24
cebheinfo.az

1Mənbələr