Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
"Neftçi"səfərdə "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə isə penaltidən Karim Rossi fərqlənib.
Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.
"Şamaxı" - "Neftçi" 2:2