AZ

ƏRDOĞANDAN KRİTİK İRAN AÇIQLAMASI “Hücumları qətiyyətlə pisləyirik” + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Diplomatiyaya imkan verilməzsə, bölgə atəş dairəsinə çevrilə bilər”

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbulda, Atatürk Hava Limanı ərazisində yerləşən Millət Parkında təçkil olunan  iftar proqramında çıxış edərək regionda artan gərginlik, İran–ABŞ–İsrail xəttində baş verən hadisələr və Türkiyənin mövqeyi ilə bağlı mühüm açıqlamalar verib.

"AzPolitika"-nın məlumastına görə,  Türkiyə Prezidenti bildirib ki, hazırda həm Əfqanıstan–Pakistan xəttində, həm də İran–Körfəz bölgəsində baş verən qarşıdurmalar təsadüfi deyil və onların arxasında daha dərin geosiyasi proseslər dayanır. Belə mürəkkəb bir beynəlxalq şəraitdə Türkiyə olaraq daim məzlumun yanında olmağa davam etdiklərini vurğulayan Ərdoğan ölkəsinin humanitar missiyasını xüsusi qeyd edib.

Onun sözlərinə görə, Türkiyə Diyanət Vəqfi, TİKA, Qızıl Aypara və müxtəlif qeyri-hökumət təşkilatları dünyanın müxtəlif bölgələrində ehtiyac sahiblərinə yardım göstərir. Sudan, Qəzza, Somali və digər ölkələrdə qurulan iftar süfrələrində Türkiyə üçün dualar edildiyini deyən Prezident bunun qürurverici hal olduğunu bildirib.

Ərdoğan çıxışında xüsusilə İran ətrafında yaranmış hərbi-siyasi vəziyyətə toxunaraq qeyd edib ki, Türkiyə bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışdığı bir zamanda qonşu İrana qarşı başladılan ABŞ–İsrail hücumları ciddi narahatlıq doğurur. O, bu proseslərin İsrail Baş naziri Benjamin Netanyahunun təhrikləri ilə başladığını bildirib.

Prezident vurğulayıb ki, uzun müddətdir gərginliyin danışıqlar masasında həll olunması üçün ciddi səylər göstərilib. Bu çərçivədə o, həm ABŞ-ın sabiq prezidenti Donald Trump, həm də İran Prezidenti ilə telefon danışıqları apardığını açıqlayıb. Lakin tərəflər arasında yaranmış etimadsızlıq mühitinin aradan qaldırıla bilmədiyini, İsrailin prosesi zəhərləyən addımlarının nəticəyə mane olduğunu deyib.

Ərdoğan İranın suverenliyinin açıq şəkildə pozulmasını və İran xalqının təhlükəsizliyini hədəfə alan hücumları qətiyyətlə pislədiklərini vurğulayıb. Eyni zamanda Körfəz ölkələrinə qarşı İran tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücumları da qəbuledilməz hesab etdiklərini bildirib.

Türkiyə Prezidenti xəbərdarlıq edib ki, diplomatiyaya yol açılmazsa, Yaxın Şərq genişmiqyaslı hərbi qarşıdurma riski ilə üz-üzə qala bilər. Onun sözlərinə görə, müharibənin böyüməməsi və daha çox qan tökülməməsi üçün ilk növbədə İslam dünyası olmaqla bütün aktorlar məsuliyyətli davranmalıdır.

“Biz Türkiyə olaraq ilk gündən etibarən problemlərin sülh, dialoq və diplomatiya yolu ilə həllini müdafiə edirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Prezident əlavə edib ki, bu gündən etibarən Türkiyənin xarici siyasət və təhlükəsizlik strukturları da aktiv şəkildə prosesə cəlb olunub. Xarici işlər naziri, Milli Kəşfiyyat Təşkilatının rəhbərliyi və digər aidiyyəti qurumlar tərəfdaşlarla intensiv təmaslar aparır.

Daha ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr