"Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu gün 100-cü yubiley matçına çıxıb.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis "Vilyarreal" üzərində qazanılan qələbəni (4:1) şərh edib. O, bu uğura görə böyük sevinc hissi keçirdiyini bildirib:
"Barselona"dakı 100-cü oyunumda qələbə qazandığım üçün çox şadam. Həqiqətən çox xoşbəxtəm. Bu gün ailəm də oyunu izləmək üçün bura gəlmişdi".
Xatırladaq ki, həmin qarşılaşmada Lamin Yamal het-trik müəllifi olub. Hazırda "Barselona" turnir cədvəlində "Real"ı 4 xal qabaqlayaraq liderliyini davam etdirir (Madrid təmsilçisinin ehtiyatda bir oyunu var). Flikin komandası növbəti matçını martın 3-də İspaniya Kuboku çərçivəsində "Atletiko"ya qarşı keçirəcək.