Premyer Liqanın 22-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” matçına satılmış biletlərin sayı açıqlanıb.


Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyuna artıq 9500 bilet satılıb.


Klubdan o da bildirilib ki, biletlər məhdud sayda qalıb.


“Qarabağ” – “Sabah” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiyməti 5, 10 və 20 AZN təşkil edir.


Biletlər iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.


Biletləri oyun günü isə həm stadionun kassalarından həm də, iTicket.az saytından əldə edə bilərsiniz!