AZ

“100-cü oyunumda qalib gəldiyim üçün çox xoşbəxtəm”

Almaniyalı mütəxəssis Hans-Diter Flik bu gün “Barselona”nın baş məşqçisi kimi 100-cü matçına çıxıb. Kataloniya təmsilçisi öz meydanında “Vilyarreal”ı 4:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, oyundan sonra Flik qələbəni belə şərh edib:

"“Barselona” ilə 100-cü oyunumda qalib gəldiyim üçün çox şadam. Çox, çox xoşbəxtəm. Bu gün ailəm də stadionda idi və oyunu izləyirdi."

Qeyd edək ki, qarşılaşmada Lamin Yamal het-trik müəllifi olub.

Hazırda “Barselona” La Liqada liderdir və “Real”ı dörd xal qabaqlayır. Madrid təmsilçisi isə turun oyununu hələ keçirməyib.

Kataloniyalıların növbəti oyunu martın 3-də İspaniya Kuboku çərçivəsində “Atletiko”ya qarşı olacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr