Şəkidə bir neçə gündür davam edən soyuq və küləkli havanın ardınca qar yağmağa başlayıb. Hazırda əksər ərazilərdə qarın hündürlüyü 20 sm-dən çoxdur.
Xezerxeber.az xəbər verir ki, qar səbəbindən səhər saatlarından Kiş, Yuxarı baş, Qala ətrafı istiqamətində hərəkət edən marşrutların işində çətinliklər yaranıb:
Hazırda aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib, yaranmış çətinliklər aradan qaldırılır və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər görülür.
Qeyd edək ki, qarın yağması hazırda da davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.