AZ

İsrail tarixində ən böyük hücum uçuşu - 200 təyyarə iştirak edib

“İsrail Hərbi Hava Qüvvələri bu gün İranda ən böyük hücum əməliyyatını həyata keçirib, əməliyyata təxminən 200 qırıcı təyyarə cəlb olunub”.

Hərbçilərin məlumatına görə, genişmiqyaslı hücumlar İranın ballistik raket buraxıcılarını və hava hücumundan müdafiə sistemlərini hədəf alıb.

Təyyarələr səhər saatlarında İranın qərb və mərkəz bölgələrindəki təxminən 500 hərbi hədəfə yüzlərlə sursat atıb.

“Bu, Hərbi Hava Qüvvələrinin tarixində ən böyük zərbə uçuşudur. Əməliyyat yüksək keyfiyyətli kəşfiyyat məlumatları əsasında planlaşdırılıb və yüzlərlə təyyarənin sinxron uçuşu ilə həyata keçirilib”, - İsrail ordusu bəyan edib.

İMQ əlavə edib ki, hava hücumundan müdafiə sistemlərinə endirilən zərbələr İran səmasında hava üstünlüyünü genişləndirib və hakimiyyətin mərkəzi hücum qabiliyyətinə, eləcə də, İranın qərbindəki buraxılış məntəqələrinə ciddi zərbə vurub”.

Bəyanatda qeyd olunur ki, Təbriz ərazisində vurulan məntəqələrdən biri İranın ballistik raket bölməsinə xidmət edib və oradan İsrailə doğru onlarla raket atmağı planlaşdırırmış.

 

(qafqazinfo)

Seçilən
16
3
moderator.az

4Mənbələr