AZ

“ABŞ-ın Minabda törətdiyi cinayət yaddaşından heç vaxt silinməyəcək” - Məsud Pezeşkian

Yazını böyüt
Yazını kiçilt

ABŞ və İsrailin İrana qarşı birgə hərbi təcavüzü və bu çərçivədə Minab rayonunda yerləşən “Şəcərəyi-Təyyibə” ibtidai məktəbinin hədəfə alınması ilə bağlı İran prezidenti Məsud Pezeşkianın müraciəti yayımlanıb.

Hafta.az yazır ki, İran dövlət başçısının müraciətində deyilir:

“Minab rayonunun “Şəcərəyi-Təyyibə” ibtidai məktəbində baş vermiş bu sarsıdıcı faciə və ABŞ və sionist rejimin qeyri-mülki obyektlərə qarşı həyata keçirdiyi namərdcə hücum nəticəsində onlarla məsum şagirdin şəhadəti İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq edib. Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək.

Mən bu qəddar cinayəti qətiyyətlə pisləməklə yanaşı, baş vermiş ağır müsibət münasibətilə övladlarını itirmiş ailələrə, Minabın şərəfli xalqına, eləcə də bütün İran millətinə dərin hüznlə başsağlığı verir, özümü onların ağır və dözülməz kədərində səmimi şəkildə şərik hesab edirəm.

Eyni zamanda regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər.

Uca Allahdan bu acı və faciəvi hadisənin şəhidlərinə ali məqamlar, yaralılara tezliklə şəfa, onların möhtərəm ailələrinə isə səbir və dözüm diləyirəm”.

Seçilən
24
9
hafta.az

10Mənbələr