AZ

Üç ayrı rayonda narkotik əməliyyatlarıVİDEO

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb...

Xezerxeber.az xəbər verir ki, rayon ərazisində məşkunlaşmış Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Yevlaxda 5 kiloqram narkotik vasitə aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz  dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuŞ Savalan Quliyev saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.

Masallıda da müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayev saxlanılıb. Ondan 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
17
xezerxeber.az

1Mənbələr