İtaliyanın nəhəng klubu “Yuventus” heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisi növbəti mövsüm üçün 6 futbolçunu planlarına daxil etməyib.
"La Gazetta dello Sport"un məlumatına görə, söhbət Luis Openda, Edon Jeqrova, Teun Koypmeyners, Vasilije Adziç, Xuan Kabal və Mişele Di Qreqoriodan gedir.
Klub rəhbərliyi yeni mövsüm öncəsi həm maliyyə balansını qorumaq, həm də heyəti yeniləmək niyyətindədir.
Bildirilir ki, bəzi futbolçular icarəyə göndərilə, digərləri isə birdəfəlik satıla bilər. “Yuventus”un yay transfer pəncərəsində kifayət qədər aktiv olacağı gözlənilir.