AZ

Azərbaycandan adından söz etdirən baş məşqçidən maraqlı etiraf: “İclasın arxasınca…”

Valdas Dambrauskas “Sabah”da gördüyü işlərlə adından söz etdirməyi bacarıb.

Taktiki savadı yüksək olan, seleksiya işində “nöqtə”ni vuran litvalı çalışdırıcı təkcə futbol meydanlarında yox, sosial şəbəkələrdəki aktivliyi ilə diqqət çəkir.

Premyer Liqadakı baş məşqçilərin arasında sosial şəbəkələrdə fəallıq nümayiş etdirən yeganə şəxs olan Dambrauskas “instagram” hesabında zaman-zaman paylaşımlar edir, mənalı sözlər yazır.

O, bu dəfə “Kəpəz” üzərindəki 1:0 hesablı qələbədən, yəni “Sabah”ın əsas rəqibi “Qarabağ”la xal fərqini 7-yə yüksəldəndən sonra özünün və futbolçuların məşq prosesindən şəkillərini paylaşaraq bu sözləri yazıb:

“Bu, çox gərgin period idi. məşqin dalınca məşq, iclasın arxasınca iclas, oyundan sonra oyun. Bu, son deyil. Qarşıdakı 20 gündə bizi daha 5 oyun gözləyir.

Məhz səyahəti əyləncəli edən də budur. Diqqət yalnız növbəti məşqə və matça yönəlib. Proseslər bizə inkişaf etməyə və özümüzü daha yaxşı göstərməyə imkan verir”.

21 turdan sonra aktivində 52 xal olan “Sabah” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

1 oyun az keçirərək 45 xala sahib “Qarabağ” 2-cidir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr