İran prezidenti Masud Pezeşkian Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbdə baş verən faciə ilə bağlı açıqlama verib. O, hadisəni qeyri-insani əməl adlandıraraq bunun İran xalqının və bütün azad insanların qəlbini sarsıtdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Pezeşkian bəyanatında deyib: “Bütün İran xalqına başsağlığı verir və onun dərin kədərini bölüşürəm. Amerika-sionist təcavüzkarlarının mülki obyektlərə qarşı qorxaq hücumundan sonra bu qədər günahsız şagirdin həlak olması millətin tarixi yaddaşında əbədi qalacaq.”
Prezident hadisə ilə bağlı məsul şəxslərin cavab verməli olduğunu vurğulayıb. Regionda davam edən hərbi qarşıdurma fonunda mülki şəxslərin həlak olması beynəlxalq ictimaiyyətin narahatlığını daha da artırır.