“Çox sayda qol vurmaq üçün fürsətlərimiz olsa da, istifadə edə bilmədik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"a qarşı keçirdikləri matçı (1:1) şərh edib: "Əslində, bu gün 2 xal itirdik. Çox sadə qollar buraxırıq, sonra isə oyunu yenidən ələ almağa məcbur qalırıq. Futbolçularımın mübarizəsindən narazı deyiləm, ancaq belə bəsit səhvlərə yol vermək olmaz. Bu oyunda bəxt amilini də qeyd etməliyəm, sanki bəxt bizdən üz döndərmişdi".
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. “Karvan-Yevlax” isə 7 xalla sonuncu - 12-ci pillədədir.