AZ

"Hizbullah"dan region ölkələrinə şok çağırış

Livanın "Hizbullah" hərəkatı region ölkələrini ABŞ və İsrailin İrana hücumuna qarşı müqavimət göstərməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.

""Hizbullah"" İran İslam Respublikası, onun rəhbərliyi və xalqı ilə tam həmrəy olduğunu bəyan edərək, region dövlətlərini və xalqlarını bu təcavüzkar plana qarşı çıxmağa və onun təhlükəsini dərk etməyə çağırır", -— deyə bəyanatda bildirilir.

Hərəkat vurğulayıb ki, ABŞ və İsrailə qarşı qətiyyətli müqavimət göstərilməyəcəyi təqdirdə, ağır nəticələr istisnasız olaraq hər kəsə təsir edəcək. Bununla yanaşı, "Hizbullah" bu iki ölkənin ciddi zərbə alacağına və İranla münaqişədə məğlub olacağına əminliyini ifadə edib.

Seçilən
3
publika.az

1Mənbələr