ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupunun üzvləri ilə birlikdə gecəni Mar-a-Lago iqamətgahında keçirərək baş verən hadisələri izləyib.
APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolaynn Livitt bildirib.
Onun sözlərinə görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Ağ Evin sözçüsü bildirib ki, hücumlardan əvvəl ABŞ dövlət katibi Marko Rubio səkkiz nəfərlik dəstənin bütün üzvlərinə Konqresə bildiriş göndərilməsi məqsədilə zəng edib və həmin üzvlərdən yeddisi ilə əlaqə saxlayaraq məlumat verib.
Qeyd olunub ki, Prezident və onun milli təhlükəsizlik komandası gün ərzində də vəziyyəti yaxından izləməyə davam edəcək.