AZ

“Komo” evdə “Leççe”ni məğlub etdi

İtaliya A Seriyasında bu gün keçirilən oyununda “Komo” evdə “Leççe” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, "Stadio G. Sinigaglia" stadionunda baş tutan matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

13-cü dəqiqədə Lamək Banda topu mərkəzə çıxarıb, Lassana Kulibali başla fərqlənərək “Leççe”ni önə keçirib – 0:1. Beş dəqiqə sonra Xesus Rodriqes Anastasio Duvikası ideal mövqeyə çıxarıb – 1:1.

36-cı dəqiqədə Maksimo Perronenin ötürməsindən istifadə edən Rodriqes “Komo”nu öndə qoyub – 2:1. Fasilədən öncə Lukaş da Kunya topu Mark-Oliver Kempfə çatdırıb, o başla fərqlənərək hesabı 3:1 edib.

Bu nəticə ilə “Komo” turnir cədvəlində 5-ci pilləyə yüksələrək “Yuventus”u geridə qoyub. “Leççe” isə cədvəldə 3-cü sondan yerdə qərarlaşıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr