2026/2027 mövsümündən etibarən futbol qaydalarında vaxt itkisinin qarşısını almağa yönəlmiş sərt dəyişikliklər tətbiq ediləcək.
QOL.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, yeni qaydalara əsasən, vaxt uzatma halları qeydə alınarsa, top rəqib komandaya veriləcək. Belə ki, əgər qapıdan zərbə zamanı vaxtın qəsdən uzadıldığı müəyyən edilərsə, rəqib komanda künc zərbəsi yerinə yetirmək hüququ qazanacaq.
Ən diqqətçəkən yeniliklərdən biri isə əvəzləmələrlə bağlıdır. Meydanı tərk edən futbolçunun çıxış üçün cəmi 10 saniyə vaxtı olacaq. Əgər oyunçu bu müddət ərzində meydandan çıxa bilməsə, onu əvəzləyəcək yeni futbolçu oyuna 60 saniyə gec daxil olacaq. Bu isə o deməkdir ki, komanda bir dəqiqə ərzində azlıqda mübarizə aparmaqla cəzalandırılacaq.