AZ

"Bu faciə millətin yaddaşından silinməyəcək" - Pezeşkian

"Minab şəhərindəki Şəcərə Təyyibə ibtidai qızlar məktəbinin faciəsi İran xalqının və bütün azad insanların qəlbini ağrıtdı".

"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezzekian açıqlayıb. 

O, bunu qeyri-insani hərəkət adlandırıb: "Minabın nəcib xalqına və bütün İran xalqına başsağlığı verir və onların ağır kədərini bölüşürəm. Amerika-Sionist təcavüzkarlarının mülki mərkəzlərə qarşı qorxaqcasına hücumundan sonra onlarla günahsız şagirdin şəhid olması millətin tarixi yaddaşından silinməyəcək". 

Qeyd edək ki, İranın cənubundakı Minab şəhərində ibtidai məktəbə raket hücumu nəticəsində ən azı 63 nəfər ölüb, 93-dən çox insan yaralanıb.

Ağarza Elçinoğlu 

Seçilən
9
2
unikal.az

3Mənbələr