İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raket hücumu ilə Qətərdə yerləşən və ballistik raketləri izləmək üçün istifadə edilən 5000 kilometr mənzilli Amerika FP132 radarını vurub.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Məlumata görə, Amerika FP132 radarı müdafiə şəbəkəsində erkən xəbərdarlıq radarı kimi tanınan üfüqdən kənar (OTH) bir radarlardır. Sistemin funksiyası hər hansı bir mərmi və ya raket yerdən qalxan kimi aşkar etmək və dərhal ilkin hərəkət istiqamətini və trayektoriyasını tutaraq məhv etmək üçün komanda mərkəzinə ötürməkdir.
Radar 1.1 milyard dollar dəyərində qiymətləndirilir.
Ağarza Elçinoğlu