AZ

Əraqçi: Ali Rəhbər və Prezident tam sağlamdır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran İslam Respublikasının Ali Rəhbəri və Prezidenti tam sağlamdır.

Bizimyol.info xəbər veir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bildirib.

İRNA-nın xarici siyasət bölməsinin məlumatına görə, nazir qeyd edib ki, əksər məsul şəxslərin də vəziyyəti yaxşıdır və yalnız bir-iki komandir həlak olub.

“ABŞ hökumətinin əvvəlcə danışıqlara başlamaqda, sonra isə prosesin ortasında qarşı tərəfə hücum etməkdə niyə israr etdiyini bilmirəm. Ola bilsin, başqaları öz maraqları naminə ABŞ-ı bu qarşıdurmaya sürükləyiblər”, - deyə Əraqçi əlavə edib.

Nazir çıxışının digər hissəsində vurğulayıb ki, Körfəz ölkələrindəki həmkarları ilə əlaqə saxlayaraq onlara İranın həmin ölkələrə hücum niyyəti olmadığını izah edib. Onun sözlərinə görə, bölgədəki ABŞ bazalarına edilən zərbələr müdafiə xarakterlidir:

“Biz sadəcə olaraq oturub müşahidə edə bilməzdik. ABŞ-ın regiondakı bazalarına hücumlarımız müdafiə tədbiridir”, - deyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr