Məlumata görə, ABŞ hərbi təyyarələri Təbriz şəhərində yerləşən sənaye kompleksinə hava zərbəsi endirib. Bildirilir ki, sözügedən obyekt İran tərəfindən ballistik raketlərin istehsalı üçün istifadə olunurdu.
NOCOMMENT.az xəbər verir ki, hücumun nəticələri və obyektə dəyən ziyanın miqyası barədə hələlik rəsmi açıqlama verilməyib. Mənbələr zərbənin regionda davam edən hərbi qarşıdurma fonunda həyata keçirildiyini qeyd edir.
Hadisə ilə bağlı İran tərəfinin mövqeyi və mümkün cavab addımları barədə əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.