
İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.
"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.