Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarında bir sıra dəyişikliklər edərək VAR-ın səlahiyyətlərini genişləndirib.
QOL.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, video köməkçi hakimlər bundan sonra ikinci sarı vərəqə ilə nəticələnən epizodlara müdaxilə edə biləcəklər. Həmçinin meydandakı hakimin futbolçuları səhv saldığı hallarda VAR-ın yanlış verilmiş sarı və ya qırmızı vərəqələri ləğv etmək imkanı olacaq.
Qeyd edək ki, müvafiq ddəyişikliklər 2026/2027 mövsümündən etibarən qüvvəyə minəcək və ilk dəfə ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında tətbiq olunacaq.
Xatırladaq ki, FİFA VAR-ın səlahiyyətlərinin artırılmasını dəstəkləsə də, bəzi liqaların nümayəndələri oyunda fasilələrin çoxalmasına səbəb ola biləcək bu addımların qəbulolunmaz olduğunu bildiriblər.