AZ

“Aston Villa” Premyer Liqada səfərdə sürpriz məğlubiyyət yaşadı

İngiltərə Premyer Liqasının 28-ci turunda "Aston Villa" səfərdə "Vulverhempton" ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.

90deqiqe.Az-ın “OptaJoe”yə istinadən məlumatına görə, Unay Emerinin rəhbərliyi altında “Aston Villa” düşmə zonasında olan komandalarla Premyer Liqada keçirdiyi 26 oyundan yalnız ikisində məğlub olub. Klub 18 matç qazanıb, 6 oyun isə heç-heçə ilə yekunlaşıb. Maraqlıdır ki, hər iki məğlubiyyət 0:2 hesabı ilə baş verib.

Turnir cədvəlinə nəzər saldıqda, “Aston Villa” hazırda 51 xalla 3-cü sıradadır. 29-cu turda Birmingham təmsilçisi doğma meydanda "Çelsi" ilə üz-üzə gələcək. Oyun martın 4-də baş tutacaq.

Seçilən
5
90deqiqe.az

1Mənbələr