AZ

"10 kişi ilə eşqbazlıq edirəm"

Türkiyəli məşhur aktrisa Melis İşiten aparıcı Oğuzhan Uğurun proqramında səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı səmimi etiraf edib.

O, bildirib:

"Eyni anda 10 kişi ilə flört edirəm. Elə düşünün ki, avtomobil qalereyasındayam".

Melis İşiten sözlərinə belə davam edib:

"Subay insanlar istədikləri qədər flört edə bilərlər".

Onun bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər aktrisanın fikirlərini açıq və səmimi mövqe kimi qiymətləndirərək, subay insanların seçim azadlığını müdafiə edib. Digər qrup isə bu cür yanaşmanın doğru olmadığını bildirərək tənqidi rəylər yazıb.

Qısa zamanda yayılan müsahibə sosial mediada geniş müzakirələr doğurub və aktrisanın şəxsi həyatı yenidən gündəmə gəlib.

Hüseyn
Milli.Az

Seçilən
14
1
milli.az

2Mənbələr