AZ

Misli Premyer Liqası: "Neftçi" Şamaxıda xal itirdi - VİDEO

Misli Premyer Liqasının XXII turunda keçirilən "Şamaxı" - "Neftçi" matçı başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Vensan Abubakar 60-cı və 90+1-ci dəqiqələrdə fərqlənib. 75-ci dəqiqədə meydan sahiblərindən Sezar Enrike adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə isə penalti zərbəsindən Karim Rossi oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.

09:32

Bu gün Misli Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, turun ikinci günündə iki görüş baş tutacaq.

Günün ilk matçında "Şamaxı" "Neftçi" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 14:30-da çalınacaq.

Günün son oyununda isə "Qəbələ" öz meydanında "Karvan-Yevlax"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç 17:00-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XXII tur

28 fevral

14:30. "Şamaxı" - "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu.

17:00. "Qəbələ" - "Karvan-Yevlax"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.

VAR: Vüqar Həsənli.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qəbələ şəhər stadionu.

"Cebheinfo.az"

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr