AZ

Messinin komandası Trampla görüşə dəvət olunub

ain.az, Oxu.az saytına istinadən bildirir.

MLS-də uğur qazanan "İnter Mayami" kollektivi ABŞ Prezidenti Donald Trampın rəsmi qəbuluna hazırlaşır.

Oxu.Az-ın "The Athletic" nəşrinə istinadla yaydığı məlumata görə, sözügedən görüşün gələn həftə keçirilməsi nəzərdə tutulur.

Bu hadisə Lionel Messi üçün Ağ Evə birinci gəliş və Trampla ilk görüş ola bilər. Lakin argentinalı ulduzun nümayəndələri futbolçunun bu görüşdə komanda ilə birlikdə iştirak edib-etməyəcəyini hələlik təsdiqləməyiblər.

Xatırladaq ki, Messi 2025-ci ilin yanvarında sabiq prezident Co Bayden tərəfindən Prezidentin Azadlıq medalı ilə təltif olunmaq üçün dəvət alsa da, həmin mərasimə qatıla bilməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
oxu.az

3Mənbələr