AZ

Messi Donald Trampla görüşəcək

MLS liqasının qalibi "İnter Mayami" ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, görüşün gələn həftə keçirilməsi planlaşdırılır. 

Bu, Mayami təmsilçisinin superulduzu Lionel Messi üçün həm Ağ Evə ilk səfər, həm də Trampla ilk görüş olacaq.

Səfərin martın 7-də keçiriləcək "Di Si Yunayted"lə matçdan öncə baş tutacağı diqqətə çatdırılıb.

Messi 2025-ci ilin yanvarında sabiq ABŞ prezidenti Co Bayden tərəfindən Prezident Azadlıq medalı almaq üçün Ağ Evə dəvət edilsə də, mərasimdə iştirak edə bilməmişdi.

Xatırladaq ki, "İnter Mayami" ötən ilin noyabrında finalda "Vankuver Uaytkaps"ı yenərək MLS Kubokunu qazanıb. Bu, klubun 2020-ci ildə liqaya qoşulduqdan sonra ilk çempionluğu olub. 

Seçilən
1
fanat.az

1Mənbələr