AZ

Rusiya “Rosatom”un işçilərinin uşaqlarını və əlavə personalı İrandan təxliyə edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya "Rosatom"un işçilərinin bütün uşaqlarını, eləcə də bütün əlavə personalı və ölkəni tərk etmək istəyənləri İrandan təxliyə edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev bildirib.

O,"Rosatom"un İrandan təxliyə olunan əməkdaşlarının cəmi 94 nəfər olduğunu açıqlayıb.

Lixaçev qeyd edib ki, “Rosatom” işçiləri Buşehr AES-in tikinti sahəsində və ya yaşayış məntəqəsindədirlər və bütün təhlükəsizlik tədbirləri görülür.

Onun sözlərinə görə, prezident Vladimir Putinə məlumat verilib ki, zərurət yaranarsa, “Rosatom” Xarici İşlər Nazirliyi ilə birlikdə dövlət korporasiyasının işçilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək: "Heç bir halda nüvə enerjisi obyektləri silahlı qüvvələr tərəfindən hədəfə alına bilməz. Buşehr AES və ya Zaporojye AES atəş meydançası və ya oyuncaq deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
apa.az

4Mənbələr