Bu ilin yanvar ayında Azərbaycanda 2 599,7 ton kolbasa məmulatı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa istehsalı 144,9 ton və ya 5,9% artıb.
2025-ci ilin yanvar ayında bu göstərici 2 454,8 ton təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 19,0 ton təşkil edib ki, bu da illik müqayisədə 38,3 ton və ya 66,8% azdır.
Ötən ilin eyni dövründə hazır kolbasa ehtiyatı 57,3 ton olub.