AZ

Bəhreyndəki ABŞ hərbi bazası yenidən hədəfə alınıb

Bəhreyndəki ABŞ hərbi bazası yenidən hədəfə alınıb

İranın ABŞ və İsrailin başlatdığı hücumlara qarşı həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Bəhreynin paytaxtı Manamada yerləşən ABŞ-ın 5-ci Donanmasına məxsus hərbi baza yenidən hücuma məruz qalıb.

Yerli mənbələrin verdiyi məlumata görə, paytaxtdakı hərbi strateji obyektin vurulmasından sonra hava hücumundan müdafiə sistemləri dərhal işə düşüb. Şahidlərin bildirdiyinə görə, güclü partlayış səslərinin eşidildiyi ABŞ bazasından dumanların yüksəldiyi görüntülər yayılıb.

Bəhreyn Milli Kommunikasiya Mərkəzi daha əvvəl də Manamadakı 5-ci Donanmanın xidmət mərkəzinin raket atəşinə tutulduğunu təsdiqləmişdi. Son məlumatlar göstərir ki, bölgədəki ABŞ hərbi varlığına qarşı hücumlar dalğası davam edir.

İranın "Fars" xəbər agentliyi Bəhreynlə yanaşı Qətər, BƏƏ və Küveyt də daxil olmaqla, regionun müxtəlif ölkələrində yerləşən Amerika hərbi bazalarının raketlərlə hədəf alındığını bəyan edib. Hazırda ABŞ hərbi obyektlərindəki zərər və mümkün itkilərlə bağlı rəsmi araşdırmalar aparılır.

Bu hadisə Yaxın Şərqdə hərbi gərginliyin daha geniş coğrafiyaya yayılmaqda olduğunu göstərir.

Seçilən
15
afn.az

1Mənbələr