
Almaniyanın BMW avtomobil istehsalçısı yanğın təhlükəsi ilə əlaqədar dünya miqyasında müxtəlif modellərdəki 350 minə yaxın avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA agentliyi Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, qlobal miqyasda geri çağırılma 9 iyun 2022-ci illə 5 dekabr 2025-ci il arasında istehsal olunmuş i5, i7, M5, 5 Seriyası və 7 Seriyası avtomobillərinə təsir göstərir.
Geri çağırılma ümumilikdə 337 374 avtomobili əhatə edir.
Almaniyada isə 29 441 avtomobilin geri çağırılması nəzərdə tutulur.