AZ

Əraqçi onlara zəng etdi

ABŞ və İsrailin İran əleyhinə hərbi təcavüzündən sonra İranın xarici işlər naziri Seyid Abbas İraqçi region ölkələrinin – Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı nazir bölgədə baş verən son hadisələr barədə həmkarlarına məlumat verib. O, həyata keçirilən hərbi təcavüzü Birləşmiş Millətlər Təşkilatı-nın əsas prinsiplərinin kobud şəkildə pozulması və beynəlxalq sülhə qarşı açıq cinayət kimi qiymətləndirib. İraqçi vurğulayıb ki, İran İslam Respublikası özünün təbii müdafiə hüququna əsaslanaraq ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün müdafiə və hərbi imkanlarından istifadə edəcək. Nazir İranın region ölkələri ilə yaxşı qonşuluq və dostluq siyasətini davam etdirmək əzmində olduğunu bildirib. O, beynəlxalq hüquqa əsasən hər hansı ölkəyə qarşı təcavüzkar əməliyyatlarda iştirakın yolverilməz olduğunu xatırladaraq, region dövlətlərini ABŞ və İsrailin İran əleyhinə əməliyyatlar üçün onların imkan və ərazilərindən istifadəsinin qarşısını almağa çağırıb.

Seyid Abbas İraqçi qeyd edib ki, ABŞ və İsrailin başlatdığı müharibə təkcə İran xalqına deyil, bütün region ölkələrinə qarşı yönəlib və müsəlman dövlətləri bu planlara qarşı çıxmaq üçün tarixi məsuliyyətlərini yerinə yetirməlidirlər.

Seçilən
5
metbuat.az

1Mənbələr