AZ

Qətərdən İrana sərt mesaj: “Cavab vermək hüququmuzu saxlayırıq”

Qətər Xarici İşlər Nazirliyi İran tərəfindən endirilən zərbələrlə bağlı sərt bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada bildirilir:

“Rəsmi Doha hücumun xarakterinə uyğun şəkildə cavab vermək hüququnu özündə saxlayır və ölkənin təhlükəsizliyinə yönələn addımlar cavabsız qalmayacaq”.

Nazirlik region ölkələrinin atəşə tutulmasını qətiyyətlə pisləyib və bunu “milli suverenliyin kobud şəkildə pozulması, təhlükəsizliyə və ərazi bütövlüyünə birbaşa hücum” kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, Qətər regional sabitliyin qorunmasının tərəfdarıdır, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

Sara
NOCOMMENT.az

Seçilən
9
nocomment.az

1Mənbələr