AZ

"BMW" yüz minlərlə avtomobili geri çağırır

Alman avtomobil istehsalçısı BMW yanğın riski ilə bağlı dünya miqyasında 330 mindən çox avtomobili geri çağıracağını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkətin sözçüsü bildirir ki, hələlik bu təhlükə ilə bağlı heç bir hadisə qeydə alınmayıb.

Geri çağırış Almaniyanın KBA nəqliyyat tənzimləyicisinin məlumatına əsaslanır və beş fərqli modeli - i5, 5 Series, M5, i7 və 7 Series əhatə edir. Problem tablodakı naqillərin səhv yerləşdirilməsi ilə bağlıdır.

2022-ci ilin iyunundan 2025-ci ilin dekabrına qədər istehsal olunan avtomobillər geri çağırışa daxildir və onların təhlükəsizlik baxımından yoxlanılması tövsiyə edilir.

Qeyd edək ki, BMW 2024-cü ilin sonunda əyləc sistemi nasazlığı səbəbindən 1,5 milyon avtomobili geri çağırmış və bu, şirkətin ilin proqnozlarını aşağı salmışdı.

Fidan
Milli.Az

Seçilən
10
milli.az

1Mənbələr