AZ

Əbu-Dabi və Dubay şəhərlərinə ballistik raketlər atılıb - ölən var

Bakı. Trend:

İran və İsrail arasında meydana gələn eskalasiyalar fonundaBirləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərindəİrandan atılan bir neçə ballistik raket zərərsizləşdirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hava hücumlarından müdafiə sistemi tərəfindənzərərsizləşdirilən raketlərdən birinin qalıqları yaşayışməntəqəsinə düşərək bir nəfərin həyatına son qoyub. Həmin şəxsiAsiya ölkələrindən birindən olduğu deyilir.

Bu arada BƏƏ Müdafiə Nazirliyi ballistik raket hücumları iləbağlı rəsmi bəyanat verib:

“Hədəfə alınmağımız milli suverenliyin və beynəlxalq hüququnaçıq şəkildə pozulmasıdır. BƏƏ bu eskalasiyaya cavab vermək və özərazisini, vətəndaşlarını və sakinlərini qorumaq, həmçininsuverenliyini, təhlükəsizliyini və sabitliyini təmin etmək üçünbütün zəruri tədbirləri görmək hüququnu tam şəkildə özündəsaxlayır”.

Qeyd edək ki, raketlərin atıldığı hər iki şəhərdə ABŞ hərbibazaları yerləşir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr