Naxçıvan, 28 fevral, AZƏRTAC
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Reyslərin təhlükəsizlik səbəbindən dayandırıldığı bildirilir.